Xəbərlər
İnstitutun əməkdaşlarının "Quasi-Binary Section CuInS2–FeIn2S4" məqaləsi Impakt Faktoru (CA) 0.822 olan Russian Journal of Inorganic Chemistry-də dərc olunmuşdur
İyn 10, 2020 | 10:09 / Mühüm hadisələr
Oxunub 2631 dəfə

Fiziki-kimyəvi analiz metodlarından istifadə edərək CuInS2- FeIn2S4 sistemindəki faza tarazlığı öyrənilmiş və onun hal diaqramı qurulmuşdur. CuInS2 - FeIn2S4 sistemi kvazibinardır və  bu sistemdə 1365 K temperaturda konqruyent əriyən  CuFeIn3S6 tərkibli birləşmə əmələ gəlir. Birləşmə rombik sinqoniyada   kristallaşır: Qəfəs parametrləri: а = 11.236, b = 11.457, c = 4.015 Å, V= 516.854 A3,  Pnma. Evtektikanın  koordinatları: 31 mol. FeIn2S4, 1285 K və 68 mol. FeIn2S4, 1315 K. 300 K temperaturda CuInS2 əsasında 12 mol % FeIn2S4 və FeIn2S4 əsasında 3 mol% CuInS2 bərk məhlul sahələri aşkar olunur. 1000 K temperaturda həllolma sahələri isə uyğun olaraq  15 mol %  FeIn2S4 və  5 mol% CuInS2 -ə qədər artır.

"Quasi-Binary Section CuInS2–FeIn2S4" Sh. S. Abdullaeva,  F. M. Mammadov, and I. B. Bakhtiyarly. Russian Journal of Inorganic Chemistry, 2020 vol. 65 №1 с.98-103.

JURNALLAR
Faydalı linklər