Xəbərlər
İnstitutun əməkdaşlarının "Thermodynamic and Dielectric Properties of As2S3–As2Se3" məqaləsi Impakt Faktoru (CA) 0.822 olan Russian Journal of Inorganic Chemistry-də dərc olunmuşdur
İyn 09, 2020 | 10:37 / Mühüm hadisələr
Oxunub 2609 dəfə

As2S3 - As2Se3 sisteminin termodinamik, kinetik və dielektrik xassələri araşdırılmışdır. Gibbs sərbəst qarışma enerjisinin As2S3 - As2Se3 sisteminin tərkibindən asılılığı hesablanmışdır. Nəzəri cəhətdən göstərilmişdir ki, As2Se3-ə əsasında şüşələr As2S3-in 15 mol% -ə qədər konsentrasiyada formalaşır. As2Se3 nümunələrinə əsaslanan şüşə-kristal keçid nöqtəsi izokonversiya modeli çərçivəsində öyrənilmişdir. As2S3 - As2Se3-in faza diaqramı termodinamik üsulla approksimasiya edilmişdir. (1 - x) As2Se3 ⋅ xAs2S3 ərintilərinin Gibbs sərbəst enerjisinin konsentrasiya-temperatur asılılığı hesablanmışdır. As2S3 - As2Se3 sisteminin ərintilərindəki şüşə-kristal keçidin mahiyyəti termodinamiki üsulla təhlil edilmışdir. As2Se3 əsasındakı nümunənin elektrik keçiriciliyinin temperaturdan asılılığı f = 20–106 Hz tezliyi olan dəyişən elektrik sahəsində, 0.8As2Se3 ⋅ 0.2As2S3 bərk məhlulların isə sabit cərəyan sahəsində və dielektrik xassələri tədqiq edilmişdir. Dielektrik itkilərinin təbiəti, eləcə də öyrənilən nümunələrdə elektrik yükünün ötürülməsi mexanizmi müəyyən edilmişdir. Fermi səviyyəsinə yaxın olan sahədə lokallaşdırılmış vəziyyətlərin sıxlığı, bu hallarin enerjsinin yayılması, daşıyıcıların qadağan olunmuş sahədə “hoppanmasının” orta məsafəsi və vaxtı hesablanmışdır.

"Thermodynamic and Dielectric Properties of As2S3–As2Se3" M. M. Asadov, S. N. Mustafaeva, D. B. Tagiyev, and V. F. Lukichev Russian Journal of Inorganic Chemistry, 2020, Vol. 65, No. 5, pp. 733–742.

JURNALLAR
Faydalı linklər