Xəbərlər
İnstitutun əməkdaşlarının "Immobilization of a quarterized polymer with immobilized transition metal ions" məqaləsi Impakt Faktoru (CA) 0,638 olan Digest Journal of Nanomaterials and Biostructures jurnalında dərc olunmuşdur
İyn 08, 2020 | 11:23 / Mühüm hadisələr
Oxunub 1238 dəfə

Poli-4-vinilpiridinin praktiki olaraq benzil xlorid ilə etanolun sulu məhlulunda miqdari kvarternizə edilməsi və onun keçid metal ionları (Ni, Mn) ilə immobilizasiyadan əvvəl və sonra tikilməsi həyata keçirilmişdir. Alınmış nümunələrin fiziki-kimyəvi metodlar ilə (skan edilmiş elektron mikroskop (SEM), rentgen faza (XPA), infraqırmızı spektroskopiya (IR) ) analizi tədqiq edilmişdir. Məqsəd kvarternizə edilmiş, eləcə də tikilmiş  və immobilizə olunmuş nümunələrin bir çox kimyəvi proseslərdə effektiv sorbent və katalizator kimi istifadə edilməsindən ibarətdir.

"Immobilization of a quarterized polymer with immobilized transition metal ions" D. Tagiev, U. Mammadova, A. Isazade, N. Zeynalov, O. Badalova, N. Shixverdieva, C. Seidova, H. Aslanova. Digest Journal of Nanomaterials and Biostructures, Vol. 15, No. 1, January - March 2020, p. 275 - 280.

 

JURNALLAR
Faydalı linklər