Xəbərlər
İnstitutun əməkdaşlarının "Electrodeposition of Sb2Se3 thin films on various substrates from the tartaric electrolyte" məqaləsi Impakt Faktorlu (CA) Journal of Electrochemical Science and Engineering jurnalında dərc olunmuşdur
İyn 02, 2020 | 10:07 / Mühüm hadisələr
Oxunub 2601 dəfə

Təqdim edilən tədqiqat işi tartrat elektrolitindən Sb2Se3 nazik təbəqələrinin elektrokimyəvi çökməsinə həsr edilmişdir. Tədqiqat Pt, Cu və Ni elektrodlarında müxtəlif şəraitlərdə potensiodinamik, potensiostatik və galvanostatik üsullarla aparılmışdır. Sürmə və selenit ionlarının elektrokimyəvi reduksiya prosesi hər bir element üçün ayrıca tədqiq edilmişdir. Çəkilmiş polyarizasiya əyrilərinin müqayisəsi göstərir ki, sürmə və selen ionları arasında birgə çökməsi bu ionların reduksiya potensialları arasında baş verir. Birgə çökmə prosesinə elektrolitin tərkibi, pH, cərəyan sıxlığı, temperatur və s. təsiri öyrənilmişdir. Tsiklik polyarizasiya, rentgen- fazas və SEM-EDX analizləri əsasında Sb-Se nazik təbəqələrinin Cu elektrodu üzərinə deyil, Pt və Ni elektrodları səthinə çökdüyü aşkar edilmişdir. Stexiometrik tərkibli, qara, bircinsli, kristal və parlaq Sb2Se3 kimyəvi birləşməsinin nazik təbəqələri 338-348 K temperatur intervalında, pH 1.85, cərəyan sıxlığı 2,5-3,0 A / dm2 olduqda Pt və Ni elektrodlarına səthinə çökür. Nazik təbəqələrin çökdürülməsi üçün 0,05 M SbOCl + 0.05 M H2SeO3 + 0.007 M C4H6O6 optimal elektrolit tərkibindən istifadə edilmişdir.

"Electrodeposition of Sb2Se3 thin films on various substrates from the tartaric electrolyte" Vusala Asim Majidzade, Akif Shikhan Aliyev, Parvin Heydar Guliyev, Dunya Mahammad Babanly. J. Electrochem. Sci. Eng. 10(1) (2020) 1-9; http://dx.doi.org/10.5599/jese.676

JURNALLAR
Faydalı linklər