
May 31, 2020 | 10:00 / Mühüm hadisələr
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 116 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Mayın 30-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 116 048 nəfər yeni koronavirusa yoluxub, 5 017 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 817 385, ölənlərin isə 362 705 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 677 500 yoluxma və 64 408 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 122 350, ölənlərin sayı isə 179 353 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 489 921 yoluxma və 12 078 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.