Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantlarının dissertasiya işləri müzakirə olunub
İyn 01, 2020 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 4149 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Kimyəvi kinetika və kataliz”, “Qeyri-üzvi kimya”, “Fiziki kimya”, “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” və “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisasları üzrə təhsil alan II kurs magistrantların dissertasiya işlərinin onlayn rejimdə ilkin müzakirəsi keçirilib.

Müzakirələr magistrantların elmi-tədqiqat işlərini apardığı şöbə əməkdaşlarının, elmi rəhbərlərinin və ixtisasçıların iştirakı ilə təşkil edilib. Hər bir magistrantın məruzəsi ətrafında geniş müzakirələr aparılıb və müvafiq tövsiyələr verilərək əsas müdafiəyə təqdim olunub.

Qeyd edək ki, II kurs magistrantların əsas müdafiəsi iyunun 25-də baş tutacaq.

JURNALLAR
Faydalı linklər