Xəbərlər
AMEA prezidenti postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı açıqlama verib
May 13, 2020 | 08:55 / Mühüm hadisələr
Oxunub 2809 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasında postpandemiya dövründə elmin vəzifələri elmi ictimaiyyətin müzakirə mövzusudur. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu gün postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı rəhbərlik etdiyi qurumda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə açıqlama verib.

Akademik Ramiz Mehdiyev bildirib ki, AMEA-nın müvafiq elmi müəssisələrinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasətə uyğun olaraq yenidən qurulmalıdır.

Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, koronavirusla bağlı araşdırmalara, xüsusən insanların immun sisteminin möhkəmləndirilməsi üçün bu ixtisas üzrə alim və mütəxəssislərin tədqiqat aparmasına əlavə imkanlar yaradılmalıdır.

Fəlsəfə və İqtisadiyyat institutlarında pandemiyanın yaratdığı sosial-psixoloji və iqtisadi problemlər dərindən öyrənilməli, postpandemiya dövrü ilə əlaqədar elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim olunmalıdır.

CoğrafiyaFiziologiyaBotanikaGenetik EhtiyatlarTorpaqşünaslıq və AqrokimyaMikrobiologiya və Dendrologiya institutlarına tapşırılıb ki, bir ay müddətində dünyada iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi, təsir dairəsi və qabaqlayıcı tədbirlərin proqnozlaşdırılması ilə bağlı elmi fəaliyyət planı hazırlanaraq Rəyasət Heyətinə təqdim olunsun.

Qeyd edək ki, postpandemiya dövründə Azərbaycan elminin vəzifələri ilə əlaqədar Tədbirlər Planı AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılacaq.

JURNALLAR
Faydalı linklər