Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn formada davam etdirilir.
May 04, 2020 | 13:15 / Konfranslar, iclaslar
Oxunub 3932 dəfə

Koronavirus pandemiyası ilə əlaqədar Respublikada elan olunmuş karantin dövrünün tələblərinə uyğun olaraq Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir. Bu gün “Kimyəvi kinetika və kataliz”, Qeyri-üzvi kimya”, “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan “Heterogen kataliz" fənnindən professor Arif Əfəndi,  "Qeyri-üzvi kimyada fiziki metodlar" fənnindən professor Özbək Əliyev, "Kimyəvi reaktorların modelləşdirilməsi" fənnindən t.ü.e.d. Aqil Səfərov və "Kimyada hesablama metodları və proqramlaşdırma" fənnindən  t.ü.f.d., dos.Manaf Manafov tərəfindən dərslər onlayn rejimdə tədris olunmuşdur.

İnstitutda təhsil alan II kurs magistrantlar da  elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulmuşlar.

JURNALLAR
Faydalı linklər