Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir
Apr 28, 2020 | 16:01 / Konfranslar, iclaslar
Oxunub 233 dəfə

Institutda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir. Bu gün "Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi" ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan "Kimyada təqribi həll üsulları" fənnindən texnika üzrə fəlsəfə doktoru, dosent Qoşqar Əliyev və"Kimyəvi reaktorların modelləşdirilməsi" fənnindən texnika üzrə fəlsəfə doktoru Aqil Səfərov, “Qeyri-üzvi kimya” ixtisası” üzrə "Qeyri-üzvi funksional nanomateriallar" fənnindən kimya üzrə fəlsəfə doktoru, dosent Leyla Məşədiyeva, “Yüksəkmolekullu birləşmələr kimyası” və “Kompozisiya materialları kimyası” ixtisasları üzrə "Kompozit materiallar" fənnindən kimya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Məmmədova, eləcə də qeyd olunan ixtisaslar üzrə "Kimyada hesablama metodları və proqramlaşdırma" fənnindən texnika üzrə fəlsəfə doktoru, dosent Manaf Manafov tərəfindən dərslər tədris olunmuşdur.

Bununla yanaşı II kurs magistrantlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulmuşlar.

JURNALLAR
Faydalı linklər