Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan II kurs magistrantlar tələb olunan minimum sayda sınaq dərslərini onlayn formada keçmişlər.
Apr 25, 2020 | 13:00 / Konfranslar, iclaslar
Oxunub 3988 dəfə

Qeyd olunduğu kimi, koronovirus pandemiyası ilə əlaqədar Respublikada elan olunmuş karantin dövrünün tələblərinə uyğun olaraq  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir. Bu gün “Kompozisiya materialları kimyası”, Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz” və “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan "Lak -boya materialları" fənnindən AMEA-nın müxbir üzvü Abbasqulu Quliyev, "Faza diaqramlarının termodinamiki analizi və 3D modeləşdirilməsi" fənnidən professor Asif Məmmədov, "Fotokimyəvi və zəncirvari reaksiyalar" fənnindən k.ü.f.d., dos.Lətifə Həsənova və "Kompozit materiallar" fənnindən k.ü.f.d., dos.Ülviyyə Məmmədova tərəfindən dərslər onlayn rejimdə tədris olunmuşdur.

Bununla yanaşı II kurs magistrantlar  elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulmuş və artıq tələb olunan minimum sayda sınaq dərslərini I kurs magistrantlara keçmişlər.

JURNALLAR
Faydalı linklər