Xəbərlər
ABŞ alimləri COVID-19 virusunun isti iqlimə daha pis uyğunlaşdığını müəyyən ediblər
Apr 25, 2020 | 14:00 / Maraqlı məlumatlar
Oxunub 88 dəfə

ABŞ alimləri COVID-19 virusunun soyuq və quru havaya nisbətən isti və rütubətli iqlimə daha pis uyğunlaşdığını müəyyən ediblər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyindən alimlər virusun müxtəlif temperaturda, iqlimdə, səthlərdə özünü necə aparması barədə məruzə təqdim ediblər. Tədqiqatlar zamanı məlum olub ki, virus soyuq və quru havaya yaxşı, isti və rütubətli iqlimə isə pis uyğunlaşır.

Nazirliyin alimi Bill Brayantın məlumatına əsasən, virusun ağız suyu damcısında səthdə 21-23 dərəcə istidə, 20 faiz rütubətli və günəşsiz havada yarımparçalanma müddəti 18 saat, eyni şəraitdə, lakin 80 faiz rütubətdə isə 6 saat təşkil edir. Bu proses 80 faiz rütubət, 35 dərəcə istidə 1 saata, 80 faiz rütubət, 21-23 dərəcə istidə və yay fəslində 2 dəqiqəyə qədər davam edir.

Viruslar havada aerozol hissəciklərində olarsa, 20 faiz rütubət, 21-23 dərəcə istilikdə və günəş olmayan şəraitdə onların parçalanma dövrü 60 dəqiqə, eyni şəraitdə, lakin yayın günəşli havasında isə təxminən 1,5 dəqiqə olacaq.

ABŞ-ın vitse-prezidenti Mayk Pensin sözlərinə görə, bənzər tədqiqatların nəticələri koronavirusla mübarizə üzrə məhdudiyyət tədbirlərinin ləğvindən sonra normal həyata mərhələli şəkildə qayıtmanı düzgün planlaşdırmağa imkan verəcək.

science.gov.az

JURNALLAR
Faydalı linklər