Xəbərlər
Bu gün “Qadınlar İKT-də” beynəlxalq Günüdür
Apr 23, 2020 | 19:01 / Maraqlı məlumatlar
Oxunub 2466 dəfə

Hər il aprel ayının dördüncü həftəsinin dördüncü günü Beynəlxalq “Qadınlar İKT-də”  Günü qeyd olunur. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən əlamətdar gün cari ildə aprelin 23-nə təsadüf edir.

“Qadınlar İKT-də” Gününün keçirilməsi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sektorda fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.

Hər il dünyanın bir çox ölkəsində bu gün ilə əlaqədar xüsusi tədbirlər keçirilir. 2011-ci ildən 170-dən çox ölkədə “Qadınlar İKT-də” Gününə həsr olunmuş 11 mindən artıq müxtəlif formatlı tədbirdə 400 minədək qız və gənc qadın iştirak edib.

Qeyd edək ki, bu gün ölkəmizdə də müxtəlif qurumlar tərəfindən qeyd olunur. 25 aprel 2019-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı bu qəbildəndir.

Konfransda Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan qadın alim, pedaqoq və mütəxəssislər iştirak etmişdir. Tədbirdə “Qadınlar və fərdi məlumatların mühafizəsi problemləri”, “Azərbaycan mədəni mühitində qadınların sosial statusunun inkişafında kommunikasiyaların rolu”, “AMEA-da gender mədəniyyəti və İKT”, “Gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri”, “Qadınların elmi yaradıcılıqda və peşə seçimində İKT-nin rolu”  və digər mövzularda məruzələr dinlənilmişdir.

www.ict.az

JURNALLAR
Faydalı linklər