Xəbərlər
THE Impact Ranking: UNEC dünyada 619-cu, Azərbaycanda 1-ci oldu
Apr 23, 2020 | 18:47 / Mühüm hadisələr
Oxunub 114 dəfə

Dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 22 apreldə 2020-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb.

Dünya universitetlərinin fəaliyyətini BMT-nin 17 Dayanaqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) dünya universitetləri arasında 619-cu (601+), Azərbaycan üzrə isə birinci yerə yüksəlib.

UNEC ən yaxşı nəticəni 17 məqsəddən 8-cisi olan “Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə edib. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olub.

“Keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600  universiteti sırasında qərarlaşan UNEC, möhkəm infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstəyi ölçən “Sənaye,  innovasiya və infrastruktur” məqsədi üzrə 401+,  eləcə də, “Məqsədlər üçün tərəfdaşlıq” məqsədi üzrə dünya universitetləri arasında 401-600-cu ən yaxşı universitetlər sırasındadır.

JURNALLAR
Faydalı linklər