Xəbərlər
Yaponiyada koronavirusu bloklayan dərman tapılıb
Apr 14, 2020 | 15:44 / Maraqlı məlumatlar
Oxunub 2603 dəfə

Yaponiyalı həkimlər orqanizmdə koronavirusun yayılmasının qarşısını alan dərman tapmağa nail olublar. Bu, İİÇV (insanın immun çatışmazlığı virusu) infeksiyasının müalicəsi zamanı istifadə olunan “Nelfinavir” preparatıdır.

medikforum.ru saytının məlumatına əsasən, alimlər dərmanın təsiredici maddəsinin COVID-19 virusuna reaksiyasını təhlil ediblər və törədicinin çoxalma fəallığının azaldığını aşkarlayıblar. Onların fikrincə, bu dərmanın koronavirus xəstələrinə təsirini hələ sınaqdan keçirmək lazımdır. Lakin preparat risk qrupunda olan bir çox pasiyentlər üçün xilas yolu ola bilər.

Qeyd edək ki, aprelin 13-nə olan məlumata görə, dünyada bu qorxulu xəstəliyə 1,9 milyondan çox insan yoluxub.

science.gov.az

JURNALLAR
Faydalı linklər