Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir
Apr 10, 2020 | 16:05 / Konfranslar, iclaslar
Oxunub 4021 dəfə

Institutda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir. Bu gün “Kimyəvi kinetika və kataliz”, “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi”, “Yüksəkmolekullu birləşmələr kimyası ” ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan “Fotokimyəvi və zəncirvari reaksiyalar” fənnindən kimya üzrə fəlsəfə doktoru, dosent Lətifə Həsənova, “Kimyada təqribi həll üsulları” fənnindən texniki üzrə fəlsəfə doktoru, dosent Qoşqar Əliyev və “Smart polimerlər” fənnindən kimya üzrə fəlsəfə doktoru Samirə Məmmədova tərəfindən dərslər onlayn rejimdə tədris olunmuşdur.

Qeyd edək ki, tədris prosesinə onlayn qoşulan magistrantlar mühazirə və təqdimatların elektron variantlarını elektron poçt vasitəsilə və ya birbaşa dərs zamanı əldə edirlər. Bununla yanaşı II kurs magistrantlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulurlar. II kurs magistrantların elmi rəhbərləri onlara onlayn formada həm tədris prosesi həm də dissertasiya işlərinin yekunlaşdırılması üzrə elmi-metodiki məsləhətlər verirlər.

 

JURNALLAR
Faydalı linklər