Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun lab.müdiri k.ü.e.d. Elza Salahova “London Journals Press Nəşriyyatının” fəxri üzvü seçilmişdir.
Mart 10, 2020 | 12:36 / Mühüm hadisələr
Oxunub 2932 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Renium ərintilərinin elektrokimyası və elektrokatalizi laboratoriyasının” rəhbəri k.ü.e.d. Elza Salahovanın son zamanlar çap olunmuş elmi məqalələri “London Journals Press Nəşriyyatının” (Böyük Britaniya) redaksiya heyətinin marağına səbəb olmuşdur. K.ü.e.d. Elza Salahova “London Journals Press Nəşriyyatının” redaksiya heyəti tərəfindən “Franklin fəxri üzvü” kimi tanınmış (2019-cu ilin noyabr ayından) və ona həmin jurnalda elmi tədqiqat işlərinin çap edilməsi və nəşriyyat ilə elmi əməkdaşlıq təklif edilmişdir. Onu da qeyd etmək lazımdır ki, “London Journals Press” nəşriyyatı Böyük Britaniyanın dünyada tanınmış nəşriyyat evlərindən biridir. London Journals Press Nəşriyyatı “COPE və Research Councils United Kingdom “standartlarına arxalanaraq bir çox aparıcı sahələrin mütəxəssisləri ilə əməkdaşlıq edir və onların elmi tədqiqat işlərinin güzəştli şərtlərlə çap olunmasını təşkil edirlər. 2020-ci ilin yanvar ayında k.ü.e.d. Elza Salahovanın “London Journal of Research in Sciences-Natural and Formal, C-Chemical Science and Engineering  “jurnalında “Morphology of Rhenium-selenium-copper Nano-Films” adlı məqaləsi fəxri üzv kimi güzəştli şərtlərlə çap edilmişdir. Bundan başqa nəşriyyat, dünyada müxtəlif ölkələrdə keçirilən simpozium və konfranslarda fəxri üzvlərin güzəştli şərtlərlə iştirak etməsi üçün onlar tərəfindən dəvətin göndərilməsini təşkil edirlər.

 

 

JURNALLAR
Faydalı linklər