Xəbərlər
AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı elmi ezamiyyətdə olmuşdur
Mart 02, 2020 | 12:31 / Mühüm hadisələr
Oxunub 213 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi  işlər üzrə direktor müavini AMEA müxbir üzvü, prof. Məhəmməd Babanlı 2020-ci ilin fevral ayının 26-dan 29-dək Ukraynanın Kiyev şəhərində Taras Şevçenko adına Kiyev Milli Universitetində (KMU) elmi ezamiyyətdə olmuşdur. O, ezamiyyət dövründə KMU-nin kimya fakültəsinin rəhbərliyi və “Fiziki kimya” kafedrasının aparıcı mütəxəssisləri ilə görüşmüş və həmin kafedra ilə İnstitutumuzda fəaliyyət göstərən "Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar" beynəlxalq laboratoriyasının birgə tədqiqatlarının bəzi nəticələrini müzakirə etmiş, gələcək elmi əməkdaşlıq istiqamətləri razılaşdırılmışdır. Prof. M. Babanlı həmçinin, Kiyev Milli Texniki Universitetinin Kimya-texnologiya fakültəsinin "Fiziki kimya" və "Qeyri-üzvi kimya" kafedralarında olmuş və qeyri-üzvi materialşünaslıq sahəsində elmi əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

JURNALLAR
Faydalı linklər