Xəbərlər
Foto
AMEA-nın vitse prezidenti akademik Dilqəm Tağıyev "Elm Aylığı"nın açılışında plenar məruzə ilə çıxış etmişdir
Fev 28, 2020 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 4561 dəfə

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında sərəncamını əsas götürərək 27 fevral 2020-ci ildə “Elm aylığı”na start verilmişdir.

“Elm aylığı”nın tədbirlər planına uyğun olaraq fevralın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitetlərdə akademik tədqiqatların kommersiyalaşdırılması: Beynəlxalq reallıqlar və yeni çağırışlar” mövzusuna həsr olunmuş elmi-praktik konfransda Əqli mülkiyyət agentliyinin idarə heyətinin sədri Kamran İmanov, AMEA-nın vitse prezidenti Dilqəm Tağıyev, UNEC-in rektoru Ədalət Muradov, tanınmış elm xadimləri, ictimaiyyət nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak etmişlər.

Açılış mərasimində “Elm gələcək üçün, elm bütün insanlar üçün” mövzusunda plenar məruzə ilə çıxış edən AMEA-nın vitse prezidenti akademik Dilqəm Tağıyev elmin əhəmiyyəti, rolu, imkanları və məhdudiyyətləri, elmin və tərəqqinin sürətli inkişafının nəticələri, elmi etika, bəşəriyyətin və ətraf mühitin qorunmasında alimlərin məsuliyyəti və digər məsələlərdən söz açmışdır.

“Elm aylığı” mart ayının 27-nə qədər davam edəcəkdir.

JURNALLAR
Faydalı linklər