Xəbərlər
Alimlər uşaqlarda astma xəstəliyini məişətdə işlənən kimyəvi maddələrin təsiri ilə əlaqələndirdilər
Fev 21, 2020 | 13:48 / Maraqlı məlumatlar
Oxunub 2927 dəfə

Saymon Freyzer Universitetinin professoru Tim Takaro, araşdırma vaxtının 80% -ni evdə keçirən, dəri və tənəffüs yollarına nüfuz edən kimyəvi maddələrə həssas olan körpələrin araşdırıldığını söylədi. Uşaqların tənəffüs zamanı bu maddələr onlara güclü təsir edir.

Alimlər 2022 uşağın valideynlərinin cavablarını kohort tədqiqatı çərçivəsində başa çatdırmaq üçün onlara təklif edilən anketlərdəki cavabları araşdırdılar. Sorğuda Toronto, Manitoba, Mordena, Kolumbiya, Vankuver, Ontario sakinləri iştirak etmişlər. İkinci mərhələdə uşaqlar üç yaşına çatdıqdan sonra müayinə edilirdilər. Təhlil zamanı müəyyən edildi ki, məişətdə işlənən kimyəvi maddələrlə astmanın inkişafı, təkrarlanan xırıltı, arasında əlaqə var, lakin maişətdə işlənən kimyəvi maddələrlə allergik həssaslıq (atopiya) arasında əlaqə yoxdur. 

Gənc orqanizmə təsir edən ən çox yayılmış maddələr qabyuyan maşın üçün tablet, təsərrufat (camaşırxana) sabunu, şüşə təmizləyici mayelərdir. Alimlər hesab edirlər ki, təmizləyici məhsullardakı kimyəvi maddələr nəfəs yollarını zədələyə bilər və bu da immunitet sisteminin iltuhabına səbəb ola bilər, bu isə nəticədə, astma və nəfəs darlığına gətirib çıxarır.

JURNALLAR
Faydalı linklər