Xəbərlər
İnstitutumuzun "Molekulyar maqnetiklər və keçiricilər" laboratoriyasının baş elmi işçisi ezamiyyətdə olmuşdur
Fev 18, 2020 | 14:48 / Mühüm hadisələr
Oxunub 3031 dəfə

Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Avropa Komissiyasının Horizon 2020 proqramının  “Perspektiv materiallar və nanotexnologiyalar” istiqaməti və “Karbohidrogenlərin katalitik çevrilməsi” mövzusu üzrə "Methane oxidative conversion and hydroformylation to propylene" layihəsinin (814557 №-li C123 qrant müqaviləsi) Norveçin, Belçikanın, Fransanın, İngiltərənin, Niderlandın və Almaniyanın universitet və tədqiqat mərkəzləri ilə birgə qalibi və tərəfdaşıdır. Layihə təbii qazdan etilen və propilenin alınma texnologiyasının işlənilməsinə yönəlmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır (28.10.2019-cu il, 1037/19/0102-A1-720/X/A1).  

Avropanın ən nüfuzlu tədqiqat mərkəzləri ilə birgə işlənəcək bu texnologiya 2018-ci ildə  Sumqayıtda işə salınmış  “SOCAR Polymer” zavodunun xammala (etilen və propilenə) olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb edə bilər. Horizon 2020 proqramı çərçivəsində  yerinə yetirilən “C123”  layihəsi ilə əlaqədar  12-13 fevral 2020-ci il  tarixində  keçiriləcək iclasda iştirak etmək və bu layihə üzrə tərəfdaş olan PROCESS DESIGN CENTER BV (PDC)  şirkətinin tədqiqat mərkəzində AMEA Kataliz və Qeyri-üzvi Kimya institutunda sintez olunmuş katalizatorların testinin aparılması məqsədi ilə İnstitutun baş elmi işçisi kimya üzrə elmlər doktoru, professor Etibar İsmayılov 2020-ci il fevral ayının 10-dan 16-na kimi Niderlandın Breda şəhərində ezamiyyətdə olmüş və bu layihə üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun  tərəfdaşı olan Norveçin SİNTEF AS, Belçikanın Gent Universiteti, TOTAL RESEARCH & TECHNOLOGY FELUY” mərkəzi, Fransanın  Milli Tədqiqatlar Mərkəzi “CENTRE NATIONAL DE LA RECHERCHE SCIENTIFIQUE” (CNRS), ARKEMA FRANCE  SA,  AYMING, AXEL'ONE, İngiltərənin JOHNSON MATTHEY PLC, Niderlandın PROCESS DESIGN CENTER BV və Almaniyanın LINDE AG şirkətinin tədqiqat mərkəzlərinin nümayəndələri ilə layihə üzrə növbəti 6 ayda yerinə yetiriləcək tədqiqatların müzakirəsi aparılmış və istiqamətləri müəyyən edilmişdir.

                                                                                                                                                       

JURNALLAR
Faydalı linklər