Xəbərlər
FotoVideo
Doktorant və dissertantların apardıqları elmi tədqiqat işləri və əldə etdikləri elmi nəticələr qənaətbəxş hesab olundu.
Fev 17, 2020 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 4314 dəfə

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir. İclası AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev açdı. Akademik gündəlikdə duran məsələlərlə Elmi Şuranın üzvlərini tanış etdi və bildirdi ki, ilk məsələ institutun doktorant və dissertantlarının 15 yanvar 2020-ci il tarixində keçirilmiş attestasiyasının yekunlarının müzakirəsidir. Məsələ ilə bağlı akademik Dilqəm Tağıyev sözü İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, attestasiya komissiyasının sədri Məhəmməd Babanlıya verdi. Professor Məhəmməd Babanlı keçirilən attestasiya barəsində ətraflı məlumat verdi və qeyd etdi ki, ümumilikdə 2019-cu ildə doktorant və dissertantların apardıqları elmi tədqiqat işləri və əldə etdikləri elmi nəticələri qənaətbəxş hesab etmək olar. Sonra attestasiyanın nəticələri müzakirə edilərək təsdiq olundu.

Daha sonra növbəti məsələyə keçid alan akademik Dilqəm Tağıyev bildirdi ki, İnstitutun şöbə və laboratoriyalarının 2020-ci il üçün elmi iş proqramları təsdiq olunmalıdır. Geniş müzakirələrdən sonra 2020-ci il üçün elmi iş proqramları təsdiq olundu. Akademik qeyd etdi ki, növbəti illər üçün mövzular seçilərkən fundamental tədqiqatlarla yanaşı əsas güc innovasiya və tətbiqi xarakterli məsələlərin həllinə yönəldilməlidir, bu mövzular perspektivli sahələri əhatə etməlidir.

Sonda müsabiqə məsələlərinə baxıldı, institut əməkdaşlarından 1 nəfərə professor və 2 nəfərə dosent elmi adının verilməsi barəsində Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edildi.

JURNALLAR
Faydalı linklər