Xəbərlər
Kimyaçılar sənaye çırkab sularından antibiotikləri təmizləməyi öyrəndilər
Fev 12, 2020 | 14:59 / Maraqlı məlumatlar
Oxunub 144 dəfə

M.B. Lomonosov adına MDU-nin kimya fakültəsinin əməkdaşları Çin Yer Elmləri Universitetindən olan həmkarları ilə birlikdə tetrasiklin antibiotiklərini effektiv parçalayan katalizator işləyib hazırladılar.

Manqan və serium kimi metal oksidlərindən antibiotiklərin oksidləşdirici parçalanması üçün katalizator kimi istifadə edirlər.

Lakin bu vəziyyətdə təmiz katalizatorun istifadəsi yolverilməzdir- ağır metal oksidi ionları həll olub suya keçə bilir və bu da yenidən çirklənməyə səbəb olur. Lakin ağır metalları davamlı kristalik qəfəsdə “tutaraq” həllolmanı ləngitmək olar və belə bir qəfəs apatit götürüldü.

Alimlər serium tərkibli apatitin katalitik aktivliyini sənaye ozonatorunda sınaqdan keçirdilər.Katalizatorun yuksək effektivliyini təsdiqlədilər və tetrasiklınin   parçalanma reaksiyasının mexanizmini təklif etdilər.

Tədqiqatın nəticələri “ Scientific Reports” jurnalında dərc olunub.

JURNALLAR
Faydalı linklər