Xəbərlər
Foto
Tullantını qrafenə çevirməyi öyrəndilər
Fev 05, 2020 | 12:13 / Maraqlı məlumatlar
Oxunub 4202 dəfə

Rays Universitetindən tədqiqatçılar tərkibində karbon olan hər hansı xammalı qiymətli qrafenə çevirmək üçün bir üsul tapdılar. Bundan sonra qrafenin tikinti materialların bərkidilməsi (gücləndirilməsi)və son illərdə tapdığı başqa tətbiq sahələrində istifadə edilməsi haqda fikir yürütdülər.

Alimlərin yaratdığı metod praktiki olaraq qısa müddətdə böyük miqdarda qrafen əldə etməyə imkan verir. Bunun üçün alimlər üzvi tullantıların lazım olan qarışığını on millisaniyə ərzində üç min Kelvinə qədər qızdırırlar. Bu proses zamanı çox az miqdarda istilik artıq qalır, çünki demək olar ki, bütün enerji piroliz prosesinə sərf olunur. Bu yolla alınan material "alışmış qrafen" adlanır.

Tədqiqatçıların fikrincə, “alışmış qrafen”in əsas tətbiq sahəsi beton kimi tikinti materiallara əlavə edilməkdir. Bu gün qrafenin bir tonunun giymətinin 67 dollardan 200 min dollara gədər dəyişdiyini nəzərə alaraq, amerikalı alimlərin işləyib hazırladığı metod onun dəyərini onlarla, hətta yüzlərlə dəfə azalda biləcəyini göstərir.

İndi tədqiqatçılar gündə bir kiloqram qrafen istehsal etmək üçün öz metodlarını təkmilləşdirmək niyyətindədirlər.

Müəlliflər öz işləyib hazırladığı metod haqqında Nature jurnalında məlumat verdilər.

JURNALLAR
Faydalı linklər