Xəbərlər
Tomsk Dövlət Universitetinin kimyaçıları havanı işlənmiş zərərli qazlardan təmizləmək üçün katalizator işləyib hazırlayırlar
Yan 30, 2020 | 13:00 / Maraqlı məlumatlar
Oxunub 2523 dəfə

TDU-nun Kimya Fakültəsinin katalitik tədqiqatlar laboratoriyasının əməkdaşları ətraf mühiti zərərli maddələrdən, - karbonmonooksidindən (dəm qazı), həmçinin nəqliyyat vasitələrinin zərərli işlənmiş qazlarının əsasını təşkil edən hisdən (qurum) - zərərsizləşdirmək üçün katalizatorlar hazırlayırlar.

Layihə gümüş, platin və serium oksidin nanohissəcikləri əsasında olan katalizatorların yaradılmasının yeni üsullarına yönəldilmişdir.  Kimyaçılar ekoloji katalizin tətbiqi məsələlərinin həllinə xüsusi diqqət yetirirlər. Alınan birləşmələr havanı təhlükəli uçucu üzvi birləşmələrdən təmizləmək üçün istifadə edilə bilər.

Bu tədqiqatda funksional materialların, xüsusən katalizatorların yaradılması üçün prinsip etibarilə yeni metodlar işlənib hazırlanır.

Tədqiqatların praktiki əhəmiyyəti haqqında danışsaq, işlənib hazırlanmış katalizatorların qarşısında qoyulan məsələ - sənaye müəssisələri və nəqliyyatda zərərli maddələrin tullantılarının zərərsizləşdirilməsidir.

Artıq bu mövzuda yüksək reytinqli Applied Catalysis B: Environmental jurnalında məqalə dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər