Xəbərlər
Alimlər kimyəvi rabitələrin yaranmasını və parçalanmasını müşahidə etdilər.
Yan 24, 2020 | 14:33 / Maraqlı məlumatlar
Oxunub 493 dəfə

Müasir atom - güc mikroskopiyası (AGM) və ya skan tunel mikroskopiyası (STM) kimi qabaqcıl mikroskopiya metodları atomların yerləşməsi və aralarındakı rabitələrin uzunluğu haqqında məlumat verir, lakin heç kim real vaxtda kimyəvi əlaqələrin əmələ gəlməsi və parçalanmasını birbaşa müşahidə edə bilmir.

Ulm və Nottingem Universitetinin alimləri nanoborular istifadə edərək tədqiqat üçün lazım olduğu kimi atomları müəyyən etməyə və yerləşdirməyə nail oldular. Bu zaman alimlər Re2 molekulundakı Re atomları arasındakı kimyəvi rabitələr haqda informasiya almaq üçün işıqkeçirtmə elektron mikroskopundan (İEM) istifadə etdilər.

Tədqiqatçılar real vaxt ərzində bu ikiatomlu molekulun hərəkətini( davranışını) müşahidə etdilər və müəyyən etdilər ki, onun nanoboru ilə aşağı hərəkəti zamanı atomlar arasındakı rabitənin uzunluğu dəyişir. Bu, isə alimlərə onu deməyə imkan verir ki, rabitənin uzunluğu xarici mühitdən də asılıdır.

JURNALLAR
Faydalı linklər