Xəbərlər
Özünü bərpa edən “süni qığırdaq” yaradılmışdır.
Yan 14, 2020 | 14:28 / Maraqlı məlumatlar
Oxunub 2687 dəfə

Alberta Universitetinin əməkdaşları süni qığırdaq kimi istifadə edilə bilən yeni bir hidrogel təqdim etdilər.

Yeni materialın əsasını poliakrilamiddən hazırlanmış hidrogel  təşkil edir.

Alimlər məlum olan materiala karboksimetilxitozan və dialdehidselülozin nanokristallarını əlavə edərək onu modifikasiya etdilər. İlk birləşməni balıq istehsalı tullantılarının (xərcəng kimilərinin qınını) emal edilməsi ilə almaq olar. İkinci maddəni asanlıqla meşə sənayesi tullarınından əldə edilə bilən sellülozdan sintez etmək olar.

İşin ikinci mərhələsində alimlər yeni materialın mexaniki xassələrini ölçdülər. Məlum oldu ki, dartılmaya davamlılıq gücü 244 kPа malikdir. Bu isə, yumşaq polimer sənayesində istifadə olunan ilə təxminən eynidir.

Tədqiqatçıların bu məqaləsi Carbohydrate Polymers jurnalında dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər