Xəbərlər
AMEA-nın “Elm” nəşriyyatında akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının monoqrafiyası çapdan çıxıb.
Yan 13, 2020 | 14:00 / Nəşrlər
Oxunub 2792 dəfə

Monoqrafiyada müxtəlif üsullarla əldə edilmiş yarımkeçirici xassəli kadmium xalkogenidlərinin nazik təbəqələrinin fiziki-kimyəvi, fotoelektrik və kimyəvi yarımkeçirici xüsusiyyətlərinin öyrənilməsi sahəsində son 40 ildə əldə edilmiş nailiyyətlər, onların əsasında heterostrukturların yaradılması və günəş elementlərində istifadəsinin səmərəliliyi təhlil edilmişdir. Optik və elektrik xassələrinin öyrənilməsi ilə müxtəlif optoelektron qurğularda və günəş elementlərində bu nazik təbəqələrin tətbiq sahələri müəyyənləşdirmişdir.

Monoqrafiya, enerji çeviriciləri sahəsində çalışan alimlər, mühəndis və texnoloqların  gələcək elmi tədqiqatlarında mühüm rol oynaya bilər.

A. Алиев, Д. Тагиев, Р. Гусейнова, В. Меджидзаде – Синтез, свойства и применение тонких полупроводниковых пленок халькогенидов кадмия – Баку, “Элм”, 2020, - 272 с.

JURNALLAR
Faydalı linklər