Xəbərlər
Kimyaçılar lazer materiallarının sintezini yaxşılaşdırdılar.
Yan 09, 2020 | 13:54 / Maraqlı məlumatlar
Oxunub 2826 dəfə

Nadir torpaq oksisulfidlərinin praktiki tətbiqi onların sintezi ilə əlaqəli çətinliklərlə məhdudlaşır.

Tümen Dövlət Universitetinin qeyri-üzvi və fiziki-kimya kafedrasının alimləri prekursor kimi nadir torpaq elementlərinin oksidlərindən istifadə etmək kimi sintez üsulunu təklif etdilər.

Tələb olunan birləşməni almaq üçün müəlliflər bütün lazım olan komponentləri özündə saxlayan nitratların sulu məhlulunu hazırlayır, sonra çökdürmə yolu ilə nadir torpaq elementlərin sulfatlarının bərk məhluluna keçirirlər. Kimyəvi homogenləşmədən sonra reaksiya qarışığına lantanoud ionlarını (serium, yevropium, disprozium, erbium) daxil edirlər, sonra isə alınmış birləşmələri hidrogen atmosferində reduksiya edir və H2S atmosferində sulfidləşdirirlər.

Müəlliflər bildirirlər ki, sintez edilmiş birləşmələrin kristalik quruluşu triqonal simmetriyaya malikdir. İş Journal of Solid State Chemistry-də çap olunub.

JURNALLAR
Faydalı linklər