Xəbərlər
Yeni material əzələlər kimi yığılır və dəri kimi sağalır
Dek 16, 2019 | 13:57 / Maraqlı məlumatlar
Oxunub 2812 dəfə

Avstraliya alimləri forma yaddaşı və özünü bərpa etmək qabiliyyəti olan elastik, davamlı bir hidrogel əldə etdilər.

Hidrogellər arasında - sulu mühitdə asılmış vəziyyətdə olan polimerlərin uzun zəncirlərindən ibarət olan materiallardan - öz-özünü bərpa edən, davamlı və forma yaddaşın "əzələ" effektinə malik olanları var. Lakin, ilk dəfə hər üçünü bir materialda birləşdirmək mümkün oldu.

Müəlliflər molekulları arasında çoxlu hidrogen və imin əlaqələrinin meydana gələ biləcəyi polimerlərdən istifadə etdilər. Bu cür əlaqələr dinamikdir, tez əmələ gəlir və yox olur, hidrogelə temperatur dəyişikliklərinə tez reaksiya verməyə, zədələnməni bərpa etməyə və davamlılıqı artırmağa imkan verir. Laboratoriya testlərində materialın bu faydalı xüsusiyyətləri təsdiqləndi.

Temperatur dəyişdikdə bir forma digərinə və yenidən geriyə qayıdır, bununla belə, bir çox analoqlardan fərgli olaraq belə çevrilmələr üçün dəqiqələr deyil, cəmi bir neçə saniyə kifayətdir. Bu cür hidrogel çevik robototexnika və yeni nəsil biotibbi cihazlarda tədbiq edilə bilər.

Avstraliya Milli Universitetindən olan alimlərin məqaləsi Advanced Materials jurnalında dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər