Xəbərlər
Yeni material hava çirkləndiricini sənaye baxımından vacib maddəyə çevirir.
Dek 02, 2019 | 14:08 / Maraqlı məlumatlar
Oxunub 3086 dəfə

Beynəlxalq alimlər qrupunun yaratdıqları yeni metal-üzvi karkas havanı çirkləndirən azot dioksidini tutmağa və onu nitrat turşusuna çevirməyə qadirdir. Azot oksidləri, o cümlədən dioksid avtomobil mühərriklərində və kimya zavodlarında müəyyən növ yanacaqların yanması zamanı əmələ gəlir. Bu qazlar insanları zəhərləyir  və onların konsentrasiyasının artması ağciyər şişinə səbəb olur.

Azot dioksid havadan daha ağırdır, ona görə də zavodların yüksək borularından atılsa belə, yerə çökür və yerin səthinə yayılır.

Mançester Universiteti daxil olmaqla bir neçə təhsil müəssisəsinin tədqiqatçıları MFM-520 adlı yeni material yaratdılar. O, havadan azot dioksidini hətta az konsentrasiyalarda belə atmosfer təzyiqində və temperaturda və hətta axın içində - su, kükürd dioksid və karbon qazı olduqda da tuta bilir.

JURNALLAR
Faydalı linklər