Xəbərlər
Foto
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kataliz üzrə elmi Şurasının iclası keçirilmişdir
Noy 22, 2019 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 4141 dəfə

AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kataliz üzrə elmi Şurasının iclası keçirilmişdir.

İclası Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açaraq qeyd etdi ki, istiqamətlər üzrə elmi Şuraların yaradılması Respublikada aparılan elmi-tədqiqat işlərinin koordinasiya edilməsi, sahələrarası kompleks elmi-texniki proqramların işlənməsi, fundamental və innovativ tədqiqatların müəyyən edilməsi, elmi, texnoloji və sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə elmi tədqiqatların aparılmasının təşkil edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra Kataliz üzrə elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Eldar Zeynalov Əlaqələndirmə Şurasının məqsədi, əsas vəzifələri haqqında ətraflı danışdı.

Daha sonra Şuranın elmi katibi k.ü.f.d. Pəri Muradova və digər çixiş edənlər qeyd etdilər ki, koordinasiya şurasınin fəaliyyəti məqsədyönlü olmalı, Kataliz istiqaməti üzrə fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə öz töhvəsini verməlidir.  

JURNALLAR
Faydalı linklər