Xəbərlər
Foto
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda məktəblilər üçün “Açıq qapı” günü keçirilmişdir
Noy 22, 2019 | 15:48 / Görüşlər
Oxunub 279 dəfə

Noyabrın 22-də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirilmişdir.

Tədbir çərçivəsində şagirdlərin "Fiziki-kimyəvi analiz", “Molekulyar maqnetiklər və keçiricilər” və s. laboratoriyalarına ekskursiyaları təşkil olunub və onlar üçün “Analitik kimya” laboratoriyasında bir sıra maraqlı əyləncəli təcrübələr əyani olaraq göstərilib. Eyni zamanda şagirdlərə institutun yaranma tarixi, burada çalışmış görkəmli Azərbaycan kimyaçıları, onların həyat və elmi fəaliyyətləri haqqında ətraflı məlumat verilmişdir. Müəllim və şagirdlər bu tədbirin onlarda böyük təəssürat yaratdığını, nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərinin çox xoş olduğunu vurğulamışlar.

Qeyd etmək lazımdır ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi həm elmin təbliği, həm də şagirdlərdə elmi-tədqiqat işlərinə marağın artırılması və yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılaraq inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.  

JURNALLAR
Faydalı linklər