Xəbərlər
Rusiyalı alimlər içməli suyun sinkdən təmizlənməsi üçün “ Üç qatlı” sorbent yaratdılar
Noy 19, 2019 | 14:33 / Maraqlı məlumatlar
Oxunub 2885 dəfə

Bu sorbent yalnız artezian quyularında və təbii su anbarlarında olan içməli su nümunələrindəki sinkə təsir göstərir. Mütəxəssislər qeyd edirlər ki, suda təhlükəli metalı təyin etmək üçün çox az sorbent tələb olunur və onun qatılığını sorbent maddəsinin parıltısı ilə təyin etmək olur: Nə qədər parlaqdırsa, sink bir o qədər çoxdur və bu su canlılar üçün bir o qədər təhlükəlidir.

İşin müəlliflərindən biri qeyd edir ki: bir quyudan, su anbarından və su kranından götürülən istənilən suyun tərkibindəki sinki təyin etmək olar. UB şüalarda yalnız sorbent sinkin ferronla kompleksi səthinin lüminessensiyası sayəsində işıqlanır.

Təklif edilən sorbentin sayəsində analizin qiyməti bir necə dəfə azalır. Hal-hazırda suda sink qarışığının olduğunu atom absorbsiyası və ya atom emussiyası metodları ilə yoxlamaq mümkündür. Bu təxminən 500 rub. başa gəldiyi halda, “üçqatlı” sorbentdən istifadə etsək 5 rub. başa gəlir. Tədqiqatçılar inandırirlar ki, kommersiyalaşdırmaq üçün hələ yeni sorbent lazımi yoxlamalar və işləmələrdən keçməlidir.

JURNALLAR
Faydalı linklər