Xəbərlər
S.B.Zeynalov, E.R.Hüseynov, M.K.Münşiyeva, S.K.Şərifova, Ş.İ.Qəhrəmanova tərəfindən hazırlanmış «Природные протеиногенные аминокислоты, металлы жизни и их комплексные соединения» mövzusunda monoqrafiyaya çap olunub və işıq üzü ğörüb.
Noy 05, 2019 | 13:22 / Nəşrlər
Oxunub 3023 dəfə

Bu elmi əsər protein mənşəli aminturşularına − təbii proteinogen aminturşularına, həyatı metal­lara və onların metalkompleks törəmələrinə həsr edilib. Monoqrafiyada aminturşularının, həyat metalların canlı orqanizmlərdə və bitkilərdə bioloji rolu, təbii aminturşularının metal­komp­leks birləşmələrinin sintezi və bioloji əhəmiyyəti müzakirə edil­ir. Monoqrafiya giriş, dörd hissə (hər bir hissə beş fəsildən) və son sözdən ibarətdir.

Monoqrafiyanın birinci hissəsində canlı orqanizmlərdə və bitki hücey­rələrində təbii protei­nogen olan 22 aminturşusunun bioloji rolu, fiziki-kimyəvi xüsusiyyətləri, alınması, istehsalı, bio­sintezi və maddələr mübadiləsi, faydalı xassələri, fizioloji rolu və  praktiki istifadə imkanları  izah edilir.

Monoqrafiyanın ikinci hissəsi insan və heyvanlarda həyat metallarının, həmçinin zəruri funk­siyaları yerinə yetirən mikro­elementlərin təsir imkanlarının  tədqiqinə  həsr edilmişdir.  

Monoqrafiyanın üçüncü hissəsi zülal mənşəlli təbii aminturşularının metalkompleks bir­ləşmə­lə­rinə həsr edilib. Bu hissədə keçid metallarının əsas koordinasiya mərkəzləri kimi funksional qrup­ları olan aminturşuları ilə qarşılıqlı təsiri təsvir edilmiş, amin­turşularına əsaslanan metal­komp­leks birləşmələrin sintezi təqdim olunur.

Monoqrafiyanın dördüncü hissəsində isə aminturşularının metalkomplekslərinin canlı orqa­nizm­lərdə rolu və bioloji fəaliyyəti: bioaktiv koordinasion birləşmələrinə əsaslanan dərmanlar və diaqnostikası, habelə metalların xelat birləşmələrinin tibb, kənd təsərrüfatı və heyvandarlıqda istifadəsi  imkanları araşdırılmışdır.

Monoqrafiya populyar bir elmi əsər kimi geniş oxucu kütləsi üçün və bilavasitə  bioüzvi, koordinasiya, biokimya və biomolekulyar kimya sahəsində məşqul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur və bu sahə ilə məşqul olanlar üçün əlavə bilik mənbəyi kimi böyük fayda verə bilər.

Sərdar Zeynalov, Elçin Hüseynov, Mina Münşiyeva, Səidə Şərifova, Şahnaz Qəhrəmanova. Təbii proteinogen aminturşuları, həyat metalları və onların kompleks birləşmələri. − Monoqrafiya. / Еlmi red. akademik Tağıyev D.B., red. Səfərov İ.H. – Bakı: Elm və təhsil, 2019. − 496s.

JURNALLAR
Faydalı linklər