Xəbərlər
Foto
İnstitutun iki əməkdaşı Türkiyənin Sakarya şəhərində ezamiyyətdə olmuşlar
Noy 01, 2019 | 10:18 / Mühüm hadisələr
Oxunub 4565 dəfə

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və baş elmi işçi, professor Etibar İsmayılov bu il oktyabr ayının 25-28 tarixlərində Türkiyənin Sakarya şəhərindəki Sakarya Universitetində elmi ezamiyyətdə olmuş və "Kimya elmləri və texnologiyaları üzrə V Beynəlxalq Türk Dünyası Konfransında" iştirak etmişlər. Konfransda onlar müvafiq olaraq "Metal xalkogenidləri əsasında maqnit xassəli topoloji izolyator materiallarının dizaynı" və "Maye fazada benzolun fenola hidroksilləməsi reaksiyasında ölçü və quruluş effektrləri" mövzularında plenar məruzələrlə çıxış etmiş və əməkdaşlarımızın stend məruzələrini təqdim etmişlər.

Onlar həmçinin konfransda iştirak edən bir sıra aparıcı mütəxəssislərlə görüşmüş və elmi əməkdaşlıq imkanları haqqında müzakirələr aparmışlar.

JURNALLAR
Faydalı linklər