Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin "Transport Phenomena in Dispersed Media" adlı monoqrafiyası çap olunub
Noy 01, 2019 | 12:00 / Nəşrlər
Oxunub 3338 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin monoqrafiyası Londonda, nüfuzlu Teylor Francis Group akademik nəşriyyatında çap olunub

Monografiyada dispers mühitlərdə kütlə ötürmə, istilik köçürmə və hidrodinamika problemləri nəzərdən keçirilir və təhlil edilir.

Bu baxımdan monoqrafiyada kütlə və istilik köçürmələri, molekulyar və turbulent diffuziya əmsalları, kütlə ötürmə, kütlə və istilik ötürmə əmsalları, laminar və turbulent axınlarda, aqreqativ və sedimentasiya ilə gedən qeyri-sabit sistemlərdə və müxtəlif problemlərlə bağlı suallar daha ətraflı təsvir edilmişdir.

Qravitasiya sahəsindəki kütlə mübadiləsi ilə əlaqəli problemlər nəzərdən keçirilir ki, bu da dispers sistemlərdə çökmə, təbəqələnmə, ayrılma, dağılma və koaqulyasiya kimi proseslərin əsasını təşkil edir. Kütlə və istilik mübadiləsi proseslərinin hesablanması və modelləşdirilməsi  üçün bir çox təcrübi məlumatlar, nümunələr və tətbiqlər təqdim olunur. Focker-Plank və kinetik Boltzmann tənlikləri ilə əlaqəli dispers sistemlərin stoxastik modelləşdirilməsi problemləri ətraflı nəzərdən keçirilir.

Monografiya, dispers mühitlərdə kütlə ötürmə, istilik köçürmə və hidrodinamika, kimya texnologiyasında kütlə və istilik daşınma hadisələri, kimyəvi texnoloji prosesləri və aparatları, istilik və kütlə ötürmə proseslərinin inkişafı və lahiyə ilə məşğul olan mütəxəssislər üçün maraqlıdır və eyni zamanda tələbələr, magistrlar, aspirantlar və texnologiya ixtisası olan mühəndislər  üçün faydalıdır.

G.I. Kəlbaliyev, D.B. Tağıyev, S.R. Rəsulov – Dispers mühitlərdə nəql prosesləri. CRC Press, Taylor and Francis Group, 2019, Boca Raton – London – New York, 434s.

https://www.taylorfrancis.com/books/9780429260292

JURNALLAR
Faydalı linklər