Xəbərlər
Foto
Hesabatların dinlənilməsi başa çatıb.
Okt 17, 2019 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 3098 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun  Elmi Şurasında  İnstitutun şöbə və  laboratoriyalar üzrə 2019-cu il üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi başa çatıb.  Elmi Şurada 8 elmi şöbə üzrə 30 laboratoriyanın rəhbərlərinin, eləcə də həmin laboratoriyaların aparıcı və baş elmi işçilərinin 5 gün ərzində 2019- cu il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan işlər haqqında məruzələri dinlənilmiş, məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev yekun  olaraq bildirdi ki, ümumilikdə il ərzində institutda görülən elmi-tədqiqat işlərini qənaətbəxş hesab etmək olar. Akademik qeyd etdi ki, növbəti illərdə fundamental tədqiqatlarla yanaşı əsas güc innovativ xarakterli elmi- tədqiqat işlərinin yerinə yetirilməsinə,  filiz və tullantı filizlərdən səmərəli istifadə, alternativ enerji mənbələri, korroziya məsələləri və hidrotexniki qurğuların qorunması və s. məsələlərin  həllinə yönəldilməlidir, eləcə də, kadr hazırlığına ciddi fikir verilməli, doktorant və dissertantlara verilən mövzular perspektivli sahələri əhatə etməlidir.

JURNALLAR
Faydalı linklər