Xəbərlər
Hidrogenin alınması üçün ucuz katalizator yaradılıb
Okt 25, 2019 | 16:02 / Maraqlı məlumatlar
Oxunub 3074 dəfə

Alimlər uzun illər Proton mübadilə membranlar üçün istifadə olunan qiymətli metaldan olan katalizatorun alternativini hazırlamaq üçün çalışırdılar.

Nəhayət ki, tədqiqatçılar dünyada ən iri elektroliz avadanlıqları təchizatçısı olan “Nel Hydrogen” firması üçün elektrolizerdə yüksək məhsuldarlıq göstərən elementi nümayiş etdirdilər. Onlar, hidrogen əmələgətirən tərəfdə platin katalizatorun xırda dispers qara tor əmələ gətirməklə karbon üzərinə örtük kimi çəkilən kobalt fosfidin nanohissəcikləri ilə əvəz etdilər. Nəticədə, o başqa katalizatorlar kimi reaksiyanın getməsi üçün lazım olan enerjini azaltmaqla, reaksiyanın sürətini artırır. Beləliklə, alimlər kommersiya elementində 1700 saat işlədiyi hala, heç bir pozulmaya məruz qalmayan davamlı katalizator əldə etdilər.  

JURNALLAR
Faydalı linklər