Xəbərlər
Yaxın gələcəkdə nanorobotlar insanların müalicəsini asanlaşdıracaq
Avg 03, 2016 | 12:50 / Maraqlı məlumatlar
Oxunub 4930 dəfə

ABŞ-ın Dreksel Universitetinin alimləri miniatür robotların elektromaqnit sahəsinin köməyi ilə maye mühitdə yüksək sürətlə hərəkət etməsini nümayiş etdiriblər. Alimlər gələcəkdə həmin robotların dərman maddələrinin çatdırılması üçün istifadəsini planlaşdırır.

Nanorobotlar miniatür dairəvi hissəciklərdən ibarət zəncir formasındadır. Maqnit sahəsi hissəcikləri fırladır və bu halda zəncirin uzunluğu onun yüksək sürətlə hərəkət etməsini təmin edir. Alimlər müxtəlif robotları sınaqdan keçiriblər. Ən uzun qurğu 13 hissəcikdən ibarət olub və saniyədə 17,85 mikrometr sürətlə hərəkət edib.

Alimlərin sözlərinə görə, nanorobotlar dərman maddələrinin çatdırılması sistemi kimi xidmət göstərməklə yanaşı, cərrahi əməliyyat zamanı müxtəlif məsələləri yerinə yetirə bilər.

www.techno.bigmir.net

JURNALLAR
Faydalı linklər