Xəbərlər
Kimya sahəsində Nobel mükafatı litium-ion batareyalarına görə verildi
Okt 17, 2019 | 15:21 / Maraqlı məlumatlar
Oxunub 870 dəfə

Kimya üzrə 2019-ci il Nobel laureatları Ostindəki Texas Universitetindən Con Qudinaf, ABŞ-dan Binqemton Universitetindən Stənli Uittinqem və Asahi Kasei korporasiyasının və Meydze Universitetinin əməkdaşı Akira Yoşino oldu. Bu mükafat onlara litium-ion batareyalarının işlənib hazırlanmasına görə verildi.

Litium-ion akkumulyatorların işlənib hazırlanması 1970-1980-ci illərdə başladı. Əsas məsələ batareyaların katodu üçün materialların seçimi idi. 1973-cu ildə Stənli Uittinqem katod materialı kimi öz daxilinə litium ionlarını interkalyasiya edə bilən titan sulfidlərini istifadə etməyi təklif etdi və 1976-cı ildə ilk belə batareya yaradıldı. 1979-1980-cı illərdə Con Qudinaf titan sulfidi və müvafiq interkalyatı (ZixTiS2) kobalt oksidi əsaslı materiallar ilə əvəz etməyi təklif etdi. Beləliklə, litium kobaltit LixCoO2 əsasında litium-ion batareyaları yaradıldı.

1985-ci ildə Akira Yoşinonun başçılıq etdiyi elmi qrup litium-ion batareyalarının yaradılmasında aşağıdaki bir irəliləyişə nail oldu: Belə ki,narbohidrogenlərin parçalanması zamanı his (qurum) əsasında əmələ gələn anodlar çox miqdarda litiumu özündə saxlayır və bununla da batareyaların mümkün enerji tutumunu artırır.

Həmçinin, Yoşino batareyaların zədələnmə və ya yanqın riskini azaltmaqla onları daha təhlükəsiz etdi.

Nobel Komitəsinin qeyd etdiyi kimi, litium-ion batareyaları mobil cıhazların təkmilləşməsində və elektrikli nəqliyyat vasitələrinin inkişafında vacib rol oynayır. Litium-ion batareyalarının yaranmasının bir çox nəticələrini gələcək göstərəcək.

Son onilliklərdə batareya texnologiyasının inkişafı çox sürətlə inkişaf edir və bu texnologiyada yeni irəliləyiş gözləmək olar. Nobel Komitəsinin üzvü Olof Ramstyonun qeyd etdiyi kimi, bu irəliləyişlərin nəticələri həyatımızın rahatlığını artırmaqla, bütövlükdə planetə mənfi təsirimizi azaltmağa kömək edə bilər.

JURNALLAR
Faydalı linklər