Okt 16, 2019 | 14:00 / Konfranslar, iclaslar
Bu gün Elmi Şurada İnstitutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib. AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev iclas iştirakçılarını gündəliklə tanış edərək bildirdi ki, bu gün “Koordinasiya birləşmələri”, “Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyaları”, “Oksidləşdirici heterogen kataliz”, “Nano- və elektrokataliz” şöbələrinin hesabatları dinləniləcək. Daha sonra qeyd olunan şöbə üzrə laboratoriyaların 2019- cu il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan işlər haqqında laboratoriya rəhbərlərinin, eləcə də həmin laboratoriyalarda çalışan baş və aparıcı elmi işçilərin məruzələri dinlənildi. Məruzələr ətrafında müzakirələr aparıldı.Akademik Dilqəm Tağıyev hesabatlar barəsində və görüləcək işlər haqqında tövsiyyələrini və təkliflərini verərək bildirdi ki, növbəti illər üçün iş planları hazırlanarkən innovativ xarakterli elmi-tədqiqat işlərinə üstünlıük verilməlidir. Sonda hesabatların qəbul olunması haqqında qərar qəbul edildi.