Xəbərlər
İnstitutun baş elmi işçisi Z.Ağayevanın «Адсорбция поверхностно-активных веществ на металле» kitabı işıq üzü görüb
Okt 15, 2019 | 15:29 / Yeni nəşrlər
Oxunub 485 dəfə

Əsərdə səthi aktiv maddələrin (SAM)  çoxfunksional reagentlər kimi istifadə olunması məsələləri göstərilmişdir. SAM-in istifadə olunan əhatə dairəsi və onların klassifikasiyası verilmişdir. Qeyd olunmuşdur ki, bir sıra miçel əmələ gətirən SAM-lər, qeyri-polyar məhlulda bir hidrofil mərkəzdə birləşirlər, qeyri-polyar istiqamətə yönələn karbohidrogenlər isə oleofil örtüklər əmələ gətirərək miçelaların daxili hissələrini karbohidrogen mühiti ilə əlaqəsindən qoruyur.

Adsorbsiya qabiliyyətinə əsaslanaraq, bir sıra effektiv SAM-lər, neft-istismarında  istifadə olunan avadanlıqların mühafizəsində, korroziya və mexaniki sürtünmə proseslərində, asfalt-parafin cökmənin və mikroorqanizmlərin əmələ gəlməsinin qarşısının  alınması proseslərində istifadə oluna bilər. Bir sıra qoruyucu kompozit tərkibli azotlu SAM–lər analiz olunuşdur.Neft qurğularının istismarı zamanı yaranan ekoloji və iqtisadi məsələr işıqlandırılmış, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində neft faktorunun rolu qeyd olunmuşdur.

З.Р.Агаева «Адсорбция поверхностно-активных веществ на металле» Баку,2019,150стр.

JURNALLAR
Faydalı linklər