Xəbərlər
MDU-nin alimləri yeni sinif kimyəvi birləşmələri xarakterizə etdilər
Okt 04, 2019 | 16:12 / Maraqlı məlumatlar
Oxunub 2797 dəfə

Alimlər müəyyən etdilər ki, onlar tərəfinfən kəşf olunan metilammoniumun poliiodidləri monoalkilammoniumun poliiodidləri geniş sinfinin sadə nümayəndəsi olub eyni analoji xassə nümayiş etdirirlər.

Əvvələr hesab edilirdi ki, otaq temperaturunda yalnız böyük kationlu (məs, tetraoktilammonium) poliiodidlər maye halında ola bilərlər, lakin aşkar olunan birləşmələr mövcud anlayışlara tam zidd idi.

Metilammonium poliiodidlərin belə aşağı temperaturda əriməsinin səbəblərini araşdırmaq üçün alimlər, tərkibində metilammonium yodid və yod olan sistemin fiziki-kimyəvi analizini aparmışlar. Onlar tədqiqat zamanı sistemi dondurduqda dörd növ əvvələr məlum olmayan kristalların əmələ gəlirliyini müşahidə etmişlər.

Kvant-kimyəvi hesablamanın köməyi ilə müəlliflər kristalların davamlılığını öyrənmiş və onların ərimə temperaturunun aşağı olmasını izah etmişlər. Əldə olunmuş məlumatlar əsasında tədqiq olunmuş sistemin faza diaqramı qurulmuş və maye halında olan birləşmələrin tərkiblərinin diapazonu təyin edilmişdir.

İşin nəticələri “Physical Chemistry Letters” jurnalında dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər