Xəbərlər
FotoVideo
Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi
Okt 01, 2019 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 4286 dəfə

İclası açan akademik Dilqəm Tağıyev 2019-cu ildə İnstitutda aparılan elmi-tədqiqat işlərinin yekün hesabatının keçirilməsi haqqında çıxış etdi. O göstərdi ki, müvafiq qaydaya uyğun yazılacaq hesabatlarda aparılan elmi tədqiqat işlərinin nəticələri aydın konkret göstərilməlidir. Nəticələr və mühüm nəticələr elmi katibə qısa müddət ərzində təqdim edilməlidir.

Akademik qeyd etdi ki, növbəti 3 il üçün təqdim olunacaq elmi-tədqiqat işləri aktual problemlərə həsr olunmalı, fundamental işlərlə yanaşı tətbiqi işlərin aparılmasına üstünlük verilməlidir.

Akademik hesabatların Elmi Şurada dinlənilməsinin oktyabr ayının 10-dan başlayacağını iştirakçıların nəzərinə çatdırdı.

 

JURNALLAR
Faydalı linklər