Xəbərlər
Foto
Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və Qeyri - üzvi Kimya Institutunun 2019-cu il üçün Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq Institutda 27 sentyabr 2019-cu il tarixdə Mülki Müdafiə dəstələri ilə (iş vaxtı) xəbərdarlıq və toplanış məşqi keçirilmişdir.
Sen 27, 2019 | 10:06 / Konfranslar, iclaslar
Oxunub 154 dəfə

Məşqin məqsədi Institutda xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, Institutun Mülki Müdafiə qərargahının və Mülki Müdafiə Qüvvələrinin şəxsi heyətinin iş vaxtı xəbərdarlıq sxeminə müvafiq olaraq toplanmasının reallığının yoxlanılması və onlarda vərdişlərin aşılanmasıdır. 

Məşqə Institutun Fövqəladə Hallar Komissiyasının üzvləri, Institutun Mülki Müdafiə qərargahının şəxsi heyəti, Mülki Müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyəti cəlb edilmişdir. 

Qeyd olunmuş məşqin mütəşəkkil keçirilməsi məqsədi ilə, tədbirə hazırlıq dövründə Institutun Mülki Müdafiə qərargah rəisi (İ.Əliyev) tərəfindən məşqin keçirilmə planı hazırlanıb, «Mülki Müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi planı» bir daha dəqiqləşdirilib, rabitə vasitələrinin hazır vəziyyətə gətirilməsi təmin edilib, Mülki Müdafiə qüvvələrinin şəxsi heyəti ilə metodiki toplanış keçirilib.

Məşqin keçirilmə planına müvafiq olaraq 27 sentyabr 2019-cu il tarixdə saat 09.00-da tədbir başlayıb.

Ümumən qarşıya qoyulmuş məqsədə tam nail olunmuşdur.

JURNALLAR
Faydalı linklər