Xəbərlər
Yeni bioreaktor karbon qazını ağaclardan 400 dəfə daha effektiv “udur”
Sen 24, 2019 | 13:00 / Maraqlı məlumatlar
Oxunub 2999 dəfə

Alimlər qlobal iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə dair araşdırmaları davam etdirirlər. Mümkün istiqamətlərdən birini ABŞ-ın “Hypergiant Industries” şirkətinin mütəxəssisləri təklif ediblər.

Tədqiqatların gedişatında onlar çox miqdarda karbon qazı udmağa və ondan ekoloji təmiz bioloji yanacaq əldə etmək imkanına malik bəzi yosunlara diqqət yönəldiblər. Nəticədə 300 m2 sahədəki ağaclar massivinin atmosferdən karbon qazı “həzm etdiyi” qədər karbon qazı “həzm edən” kompakt qurğu yaradılıb.

Yosunlar fotosintez prosesində karbon qazını, suyu və günəş işığını udaraq onlara həyat fəaliyyəti üçün lazım olan enerji əldə edirlər. Alimlər bu enerjini bioloji yanacağın yaradılması üçün yenidən istiqamətləndirməyə müvəffəq olublar.

Reaktorda digər bitkilərə nisbətən daha çox karbon qazı sərf edən Chlorella vulgaris yosunlarının spesifik ştammı istifadə olunur. Yosunlar borular sistemində və qurğunun daxilində hava vurulan və süni işıq verilən su üçün rezervuarda yerləşir.

Zahirən nəhəng “Xbox”u xatırladan qurğu “Eos” adlandırılıb. Reaktor şəhərlərdə fəaliyyət göstərmək üçün nəzərdə tutulub. Onun məqsədi atmosferdən karbon qazını tutaraq təcrid etmək, həmçinin təmiz bioyanacaq istehsal etməkdir.

Yeni bioreaktorlar 2020-ci ildə satışa çıxarılacaq.

ict.az

JURNALLAR
Faydalı linklər