Xəbərlər
Foto
Hidrogen peroksid bir anda suyun mikrodamcılarında əmələ gəlir
Sen 10, 2019 | 11:31 / Maraqlı məlumatlar
Oxunub 83 dəfə

ABŞ, Cənubi Koreya və Riçard Zarenin rəhbərliyi ilə Stenford Universitetinin kimyaçıları suyun kimyəvi dayanıqlığı baxımına zidd olan  təcrübələrin nəticələrini açıqladılar. Alimlər müəyyən etdilər ki, hec bir xarici təsir olmadan kiçik su damcılarında hidrogen peroksid əmələ gəlir və onun konsentrasiyası damcıların azalması ilə artır, təmiz oksigenin əlavə edilməsi ilə azalır.

Kimyaçılar peroksidin əmələ gəlməsi haqqında bir neçə fərziyyə irəli sürdülər: triboelektrik effekti, yüklərin asimmetrik ayrılması, kontakt elektrikləşmə və hava sərhədində səthi elektrik potensialı nəticəsində suyun oksidləşməsi. Müəlliflər peroksidin 2 hidroksildən əmələ gəldiyi  sonuncu  variantın ehtimalının çox olduğunu yazırlar.

Bu tədqiqat işində əldə edilən nəticələr həm fundamental tədqiqatlarda, həm də tətbiqi sahələrdə lazım ola bilər.

JURNALLAR
Faydalı linklər