Xəbərlər
FotoVideo
Bolqarıstan – Azərbaycan elmi seminarı keçirilmişdir
Sen 05, 2019 | 16:06 / Konfranslar, iclaslar
Oxunub 193 dəfə

05.09.2019-cu ildə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bolqarıstan - Azərbaycan elmi seminarı keçirilmişdir. Seminarı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, Azərbaycan MEA və Bolqarıstan EA arasında imzalanmış elmi əməkdaşlıq sazişi çərçivəsində qalib gəlmiş “Hybrid FeChx-Tio2-MoSx cathodes for electrochemical and photoelectrochemical applications” adlı layihəsi çərçivəsində  03-07 sentyabr 2019 cu il tarixlərində Bolqarıstan EA Ümumi yığıncağının sədri, akad. Yevgeni Budevski adına Elektrokimya və Energetik sistemlər İnstitutunun direktoru, prof. Evelina Slavcheva və institutun elmi işçisi, f.d. Elica Petkucheva akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda işgüzar elmi səfərdədirlər və səfər çərçivəsində bu günkü seminar keçirilir. Akademik institutla BEA-nın Elektrokimya və Enerji sistemləri İnstitutu arasında son illər aparılmış birgə elmi-tədqiqatların əhəmiyyətini vurğuladı və məruzə üçün sözü prof. Evelina Slavchevaya vermişdir. Professor E.Slavçeva BEA-nın yaranması, inkişaf yolları və son illərdə aparılmış köklü islahatlara, təmsil etdiyi institutda aparılan fundamental və tətbiqi xarakterli işlərə həsr olunmuş “Bolqarıstan Elmlər Akademiyası və  Elektrokimya və Energetik sistemlər institutundakı son nailiyyətlər” adlı məruzə ilə çıxış etdi və  bərk polimer elektrolitlərdə suyun elektrolizi prosesinin fundamental, elmi-praktik tərəfləri və alınmış nəticələr haqqında ətraflı məlumat verdi. Məruzə ətrafında geniş müzakirələr aparıldı, seminar iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.

Sonra BEA-nın Elektrokimya və Enerji sistemləri İnstitutunun  elmi əməkdaşı, f.d. Elitsa Petkuchevanın “Suyun fotoelektrokimyəvi parçalanması prosesində FeSe-nin Fotoabsorber kimi tətbiqi” mövzusunda məruzəsi dinlənildi. Məruzəçi alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, ekoloji baxımdan təmizliyi, gələcəyin enerji mənbəyi olan hidrogenin fotoelektrokimyəvi yolla alınmasının elmi əsaslarını qeyd edərək alınmış nəticələri seminar iştirakçılarının diqqətinə çatdırdı. Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, məruzəçilərə seminar iştirakçıları tərəfindən müxtəlif suallar verilmiş və cavablar alınmışdır. Seminarın sonunda AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi-işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı ətraflı və geniş elmi məruzə üçün bolqarıstanlı alimlərə seminar iştirakçıları adından təşəkkür edərək bildirdi ki. Belə seminarların keçirilməsi və qarşılıqlı səfərlərin təşkili hər iki təşkilat üçün elmi əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından faydalıdır.

JURNALLAR
Faydalı linklər