Xəbərlər
Foto
Bolqarıstanlı alimlər akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda
Sen 04, 2019 | 13:03 / Görüşlər
Oxunub 5151 dəfə

Azərbaycan MEA və Bolqarıstan EA arasında imzalanmış elmi əməkdaşlıq sazişi çərçivəsində qalib gəlmiş “Hybrid FeChx-Tio2-MoSx cathodes for electrochemical and photoelectrochemical applications” adlı layihəsi üzrə 03-07 sentyabr 2019 cu il tarixlərində Bolqarıstan EA Ümumi yığıncağının sədri, akad. Yevgeni Budevski adına Elektrokimya və Energetik sistemlər İnstitutunun direktoru, prof. Evelina Slavcheva və institutun elmi işçisi, f.d. Elica Petkucheva akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda işgüzar-elmi səfərdədirlər.

Qonaqların AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyevlə görüş zamanı gələcək birgə elmi fəaliyyət barədə fikir mübadiləsi aparılmış, tərəflərin konkret görəcəyi işlər müzakirə edilmişdir. Sonra Bolqarıstanlı qonaqlar institutun laboratoriyaları ilə tanış olmuşlar. Səfər müddətində layihə ilə bağlı elmi seminarın keçirilməsi, alınmış nəticələrin müzakirəsi və gələcək birgə iş planının dəqiqləşdirilməsi nəzərdə tutulur.

 

JURNALLAR
Faydalı linklər