Xəbərlər
Diş minasını bərpa edən gel hazırlanıb
Sen 04, 2019 | 11:50 / Maraqlı məlumatlar
Oxunub 2849 dəfə

Çin alimləri kalsium fosfatın ən xırda hissəcikləri əsasında zədələnmiş diş minasını bərpa etməyə imkan verən xüsusi gel hazırlayıblar.

Diş minası insan orqanizmində ən bərk toxumadır. O, tərkibində böyük miqdarda kalsium və fosfor olan hidroksiapatit maddəsinin kristallarından ibarətdir. Hidroksiapatit qələvi mühitdə öz xüsusiyyətlərini qoruyub saxlayır, lakin turş mühitdə tez sıradan çıxır.

Normal vəziyyətdə insanın ağzında qələvi mühit olur, lakin qida qəbulundan sonra bakteriyalar onun qalıqlarını parçalayaraq müxtəlif turşular buraxır. Həmin turşular isə öz növbəsində diş minasını sıradan çıxararaq kariyesə səbəb olur.

Çin alimləri diş minasının sıradan çıxması problemini həll etmək üçün kalsium fosfat ionlarının yığılması əsasında gel hazırlayıblar.

Sözügedən gel insan dişlərinin zədələnmiş nümunələrində uğurla sınaqdan keçirilib. Mikrostrukturun araşdırılması nəticəsində məlum olub ki, yeni diş minası təbiidən bir az daha bərk alınıb.

science.gov.az

JURNALLAR
Faydalı linklər